son dəqiqə SON DƏQİQƏ
Millətlər Liqası: Türkiyə yığması Fransa ilə bacarmadı ● “Şahdağ Qusar”dan darmadağın ● Yığmamız “Kəpəz”lə qarşılaşıb ● Boksçularımızdan Sofiyada 5 medal ● Nəbi İsgəndərovdan Avropa Çempionatında gümüş medal ● “Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzaladı ● Rəşad Eyyubov: “Bizim məqsədimiz…” ● Yenidən “Qəbələ”də çıxış edəcək ● Millimiz Çexiya ilə bacarmadı ● Dünya Çempionatının yeni rəsmi tərəfdaşı ● Müstəqil klub rəhbərlərini futboldan soyudan AFFA ● “Sabah”ın Çempionlar Liqası oyunları üçün VIP paket satışda ● ASA ilə AGF arasında əməkdaşlıq memorandumu imzalanıb ● Azərbaycan U-21 - Çexiya U-21: ● ÇL: "Zirə" 1/4 finala yüksəldi ● "Birbaşa Bakı" ÇL ilə vidalaşdı ● Akrobatlarımız Dünya Çempionatının finalına vəsiqəni təmin etdilər ● "Xankəndi"də baş məşqçi ayrılığı ● Daha bir memorandum imzalandı ● "Landau Lions"da daha bir təyinat ● "Zirə"nin sabiq qapıçısı "Şəfa"da ● Tacikistanla matçda zədələnən Mahir Emrelinin son durumu açıqlanıb ● Premyer Liqa klublarının yay transferləri ● Şahmat hakimimiz mükafatlandırıldı ● "Sumqayıt"dan növbəti transfer ● Yığmamızın Litva seçməsi ilə görüşünün hakim təyinatları ● Fotoqraf "Turan Tovuz"un media komandası barədə bunları yazdı ● Asəf Çopurovun UFC-də debüt edəcəyi tarix və rəqibi açıqlanıb ●

"Barselona" Yamalın nömrəsini dəyişir

Bölmə adı İspaniya
Yayımlandı 20-05-2025, 10:10

İspaniyanın “Barselona" klubunun futbolçusu Lamin Yamal növbəti mövsümdən 10 nömrəli forma geyinəcək.

Sport1.az “Managing Barça”ya istinadən xəbər verir ki, nömrə dəyişikliyi ispaniyalı cinah hücumçusunun 18 yaşı tamam olandan sonra (13 iyul) təsdiq olunacaq.

Mənbənin məlumatına görə, Kataloniya təmsilçisi Yamalla bir milyard avroluq satın alma bəndi ilə yeni müqavilə imzalayacaq.

Hazırda “Barselona”da 10 nömrə altında Ansu Fati çıxış edir. Nömrə dəyişikliyi onun klubda qalıb-qalmamasından asılı olmayaraq baş verəcək.

Daha əvvəl “Barsa”da 10 nömrəli forma ilə Lionel Messi, Ronaldinyo, Rivaldo, Dieqo Maradona, Xuan Rikelme və Romario kimi ulduzlar oynayıblar.

Qeyd edək ki, Lamin Yamal cari mövsüm ərzində meydana çıxdığı 54 oyunda 18 qol və 21 məhsuldar ötürmə müəllifi olub.

Müəllif: Sport1.az