SON DƏQİQƏ
"Nürnberq"lə vidalaşan Mahir Emreli II Bundesliqa XXXIV turun rəmzi komandasında yer alıb.
Sport1.az xəbər verir ki, bu barədə klubun feysbuk səhifəsi məlumat yayıb.
27 yaşlı hücumçu Ayntraxt" (Braunşveyq) komandasına 4:1 hesabı ilə qalib gəldikləri görüşdə het-trik edib.
Qeyd edək ki, mövsümün əvvəlində II Bundesliqa təmsilçisinə keçən Mahir Emrelinin müqaviləsinin müddəti uzadılmayıb. O, "Nürnberq"in heyətində çempionatda 10, ölkə kubokunda 1 qola imza atıb.
