“Qalatasaray” Super Liqanın qalibi oldu

Bölmə adı Türkiyə
Yayımlandı 18-05-2025, 22:40

Türkiyə Super Liqasının 36-cı turu çərçivəsində “Qalatasaray” “Kayserispor”u qəbul edib.

Sport1.az xəbər verir ki, “Cim-Bom” qonaqlara üç cavabsız qolla qalib gəlib - 3:0.

Oyunda qolları Barış Alper Yılmaz, Viktor Osimhen və penaltidən fərqlənən Fernando Muslera vurub.

Bu qələbə sayəsində “sarı-qırmızılar” mövsümün sonuna 2 tur qalmış “Fənərbağça”nı 8 xal qabaqlayaraq çempionluğu təmin ediblər.

Qeyd edək ki, “Qalatasaray” ardıcıl 3-cü, ümumilikdə isə 25-ci çempionluğunu qazanıb.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR