Emin Əmrullayev FIBA-nın Konqresində

Bölmə adı Basketbol
Yayımlandı 16-05-2025, 13:13

Bəhreynin Manama şəhərində keçirilən və 160-dan çox Milli Federasiyanın iştirak etdiyi FIBA Mid-Term Congress 2025 çərçivəsində beynəlxalq basketbol ailəsi növbəti inkişaf mərhələlərini müzakirə edir.

Sport1.az xəbər verir ki, tədbirdə Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev və icraçı vitse-prezident Fərrux Mahmudov da iştirak edirlər.

Konqresdə FIBA-nın rəqəmsal inkişafı, qadın basketboluna dair prioritetlər, süni intellekt əsaslı həllər və yeni proqramlar təqdim olunur.

Basketbolun qlobal inkişafında müzakirə olunan bu trendlər, gələcək üçün yeni imkanların qapısını açır.