son dəqiqə SON DƏQİQƏ
Gəncədə qollu sülh “Şamaxı” 3 xalı 2 qolla qazandı “Milli Aviasiya Akademiyası”ndan yeni transfer Azərbaycan veteran cüdoçularından dünya çempionatında 4 medal Azər Məmmədov: "Sabah"la matçdan başqa bütün oyunlarda…” Filipe Kandido: “Futbolun inkişafını istəyiriksə…” Premyer Liqa: VI tura yekun vurulub Zaur İsmayılov: “Fasilədə çatışmayan cəhətlərimizi aradan qaldırmağa çalışacağıq“ Azər Bağırov: “Komanda sırf futbol oynamağa köklənib” Gimnastlarımızdan Dünya Çempionatında 2 medal Gəncədə heyətlər müəyyənləşib II Liqa: IV tura start verilib "Şamaxı"da ciddi itki Bakı çempionatında qaliblər bəlli oldu “Şamaxı” - “Araz-Naxçıvan”: II Liqa: IV turun təyinatları açıqlanıb Fiqurlu konkisürənlərimiz Türkiyədə çıxış ediblər Bakıda “Koreya Səfiri Kuboku” baş tutacaq Taekvondo üzrə ölkə çempionatı keçiriləcək Günün oyunları: Millimizin üzvü oynadı, komandası məğlub oldu 2 boksçumuz Avropa Çempionatının 1/4 finalında "Fikrimi yığmaya yönəltməliyəm" "Demək olar ki, Çempionlar Liqası "11-liy"ini meydana buraxmışdılar" "Komanda oyunu, mübarizə ruhu nümayiş etdirdik" "Sahib çıxdığımız titulu qorumaq və zirvədə yer almaq istəyirik" Premyer Liqa klublarının yay transferləri "Kəpəz"in İdarə Heyətinin sədri Anar Abdullayev veteranlarla görüşüb

Legioner limitinin ləğvinin süni rəqabəti təbiiyə çevirməsi üçün lazım olan 3 şərt - TƏHLİL

Bölmə adı Yazı / Manşet
Yayımlandı 8-03-2025, 10:52

2025/26-cı illər mövsümündən etibarən Azərbaycan Premyer Liqasında legionerlər üçün tətbiq olunan limitin ləğvi Azərbaycan futbolunda əhəmiyyətli dönüş nöqtəsi olacaq.

Bunun futbolumuzu proqresə və ya reqresə aparacağını isə yalnız zamanla görə biləcəyik.

Ümumiyyətlə, bu cür əhəmiyyətli, futbolun təməllərinə təsir edən qərarları qəbul edərkən arxasında dayanan elmi, statistik, analitik araşdırmaların olması və ictimaiyyətlə bölüşülməsi vacibdir. Ölkə futboluna necə təsir edəcəyini hesablamaq lazımdır. Qərarı dərhal verib, tətbiq etmək doğru yanaşma deyil. Belə məsələlər məsuliyyətli işlərdir. İki-üç il sonrakı mövsümlərdən etibarən tətbiq edilməyə başlanması lazımdır ki, klublarımız buna uyğun qısa və uzunumüddətli inkişaf strategiyalarını formalaşdıra bilsinlər.

Ən böyük suallardan biri isə qərarın yerli oyunçu bazarına necə təsir edəcəyidir. Legioner limitinin ləğv olunması, həm klub idarəçiliyi, həm də yerli futbolçuların karyerası üçün yeni imkanlar yaratsa da, bəzi problemləri də gündəmə gətirə bilər. Bu qərarın həm müsbət, həm də mənfi təsirləri ola bilər. Yaxşı şeylərdən başlayaq.

Müsbət tərəfi ondan ibarətdir ki, xarici oyunçuların sayının artması azərbaycanlı futbolçulara daha yüksək səviyyədə rəqabət aparmaq imkanı verəcək. Bu, uzun illərdir “komfort zonası”nda olan yerlilərin bacarıqlarını daha da inkişaf etdirmələrinə şərait yaradacaq. Digər tərəfdən isə klublar “onsuz da Azərbaycanda futbolçu yoxdur” şüarını əlində bayraq tutub əcnəbiləri heyətə cəlb etməyə davam edəcək. Onları əsas heyətdə meydana buraxmağa şərait yaradacaq. Yerli oyunçular bir növ “ehtiyat oyunçular skamyasının daimi sakinləri”nə çevrilmək qorxusu ilə üz-üzə qalacaqlar. Belə də uduzan yenə də millimiz olacaq.

Bu vəziyyət xüsusilə gənc və perspektivli futbolçular üçün çətinlik yarada bilər. Xaricilərin daha çox oynaması cavanların oyun vaxtı və təcrübəsini azaldacaq. Bu da onların inkişafına mənfi təsir göstərə bilər.

Hazırda ölkə futbolunda qarşılaşdığımız hal süni rəqabəti təbiiyə çevirə bilər, o şərtlərlə ki:

1. Premyer Liqamıza gətiriləcək oyunçular həqiqətən də keyfiyyətli olsun (daha yüksək reytinqli liqalarda, ölkəsinin milli komandasında, beynəlxalq turnirlərdə oynamış oyunçular).

2. Klublar yerli oyunçuların keyfiyyətinə daha çox diqqət yetirərək onları beynəlxalq səviyyədə rəqabətə uyğun hazırlamaq üçün düzgün investisiya etsinlər: təlim proqramları, infrastrukturun inkişafı və s.

3. Skautinq: istər yerli, istərsə də beynəlxalq səviyyədə istedadlı oyunçuların aşkarlanması və klubların heyətinə cəlb edilməsi. Bunun effektiv yolu isə ən aşağı liqalardan başlayaraq bütün oyunların təhlil edilməsi və hər klubda ən azı 2-3 yerli analitikin olmasıdır.

Davamı var...

Emil Şükürbəyli

Müəllif: Nurlan Abbaszadə
OXŞAR XƏBƏRLƏR