son dəqiqə SON DƏQİQƏ
Sübhan Məmmədov Avropa çempionu olub ● “Kəpəz” millimizi məğlub edib ● Taekvondo üzrə ölkə birinciliyi və çempionatına yekun vurulub ● “Aznur” Çempionlar Liqasında mübarizəni dayandırıb ● Millimizin heyəti açıqlanıb ● AMADA oxatanlar üçün maarifləndirici seminar keçirib ● Türkdilli ölkələr şahmatın inkişafı üçün birgə layihələr həyata keçirəcək ● II Liqada 5-ci turun hakim təyinatları ● "Landau Lions"da yeni təyinat ● Millimiz Litvaya yollandı ● Çimərlik güləşində həlledici sınaq ● "Sumqayıt"dan növbəti transfer ● "Araz-Naxçıvan"ın yoxlama matçlarının tarixi müəyyənləşib ● ABŞ-li oyunçu Azərbaycan klubunda ● "Epizodları dəyərləndirə bilmiriksə, yəqin ki, ustalığımız çatmır" ● Premyer Liqa klublarının yay transferləri ● PFL-in prezidenti Elxan Səmədov İsgəndər Cavadovla görüş keçirib ● Azərbaycan paracüdoçuları Dünya Çempionatında iştirak edəcəklər ● Afrika Millətlər Kuboku: Qrup mərhələsinin oyunları başlayır ● Millətlər Liqası: Yığmamızın rəqibləri Litvada üz-üzə gələcək ● Azərbaycan millisi Avropa Çempionatında rekord vurub ● U-16 millimizin heyəti açıqlandı ● ÇL: "Birbaşa Bakı" qələbə qazandı, "Zirə" heç-heçə etdi, "Aznur" uduzdu ● "Qəbələ" yoxlama matçlarına çıxacaq ● "Sabah"dan növbəti təqdirəlayiq addım ● "Xalq olaraq emosionalıq və gücümüzü birlikdən alırıq" ● Günün oyunları: ● "Milli formanı geyinirsənsə, matçın statusunun fərqi yoxdur" ●

Mədət Quliyevi Zaur Axundov əvəzlədi

Bölmə adı Digər
Yayımlandı 2-05-2025, 14:04

Mayın 2-də Azərbaycan Velosiped Federasiyasının növbədənkənar ümumi yığıncağı keçirilib.

Sport1.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb. Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov yığıncaq iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

Daha sonra Federasiyanın baş katibi Elnarə Musayeva ötən dövr ərzində görülən işlərin hesabatını təqdim edib. Tədbirdə federasiya prezidenti Mədət Quliyev çıxış edərək təşkilata rəhbərlik etdiyi müddətdə bu idman növünün inkişafı üçün əlindən gələni etdiyini bildirərək istefa verib və yeni seçiləcək federasiya rəhbərliyinə uğurlar arzulayıb.

Azərbaycan Velosiped Federasiyasının rəhbərliyinə seçki keçirilib. “Silk Way” Şirkətlər Qrupunun prezidenti Zaur Axundov Azərbaycan Velosiped Federasiyasının prezidenti seçilib. Sahib Ələkbərov I vitse-prezident, Robert Eyyubov və Fikrət Hüseynov vitse-prezidentlər, Rəşad Gülmaliyev, Emin Mustafayev, Albert Pitersma isə İcraiyyə Komitəsinin üzvləri seçiliblər.

Sonda Zaur Axundov çıxış edərək göstərilən etimada görə təşəkkür edib, bu idman növünün inkişafı üçün əlindən gələni edəcəyini bildirib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR