son dəqiqə SON DƏQİQƏ
Eldəniz Əzizli və Sənan Süleymanov Dünya Çempionatının finalında ● Millimiz qələbə ilə start verdi ● "Turan Tovuz" azlıqda qalan "Neftçi" ilə heç-heçə etdi ● Qran-Pri turniri: Cüdoçularımız yarışa 3 medalla start veriblər ● " 10 aydır onun üzərində işləyirəm, görünür, pis işləmişəm" ● "Rəqib azlıqda olanda da matçda üstün tərəf biz idik" - Berdiyev ● "Şəfa" "Kəpəz"ə uduzdu, "Neftçi" - "Turan Tovuz" matçında "sülh" ● Super Liqada 1-ci tur: "Neftçi" "Xilasedici"yə uduzdu ● "Kəpəz"dən əzmkar qələbə ● "Hələ çatışmayan cəhətlərimiz var" ● Zaur Həşimovdan məğlubiyyət şərhi: "Bunu üzərimizdən ata bilmirik" ● Avropa Kuboku: "Kür" komandası turnirlə vidalaşıb ● Millimiz bu dəfə də məğlub oldu ● "Neftçi" - "Turan Tovuz": ● NTD "Ordu"ya uduzub ● Azərbaycan klubu iki məşqçi ilə müqaviləyə qarşılıqlı xitam verib ● "Şəfa" - "Kəpəz": ● Günün oyunları: ● "Sabah"ın legioner futbolçusu Almaniya klubuna yollana bilər ● Şahmatçılarımız Avropa Klub Kubokunda 2 medal qazandı ● "Ötürmə" verilişi: Samir Abasov öz səhvlərinin cəzasını çəkir ● Avropa Çempionatı: Daha 2 veteran cüdoçumuz gümüş medal qazanıb ● Güləş üzrə Dünya Çempionatı: 4 təmsilçimiz mübarizəyə başlayır ● FİFA U-15 Dünya Çempionatı: Bu gün açılış mərasimi keçiriləcək ● Samir Abasovun dərdi nədir? ● Azərbaycan Basketbol Liqası: "Sabah" "Naxçıvan"a uduzub ● "Sumqayıt" Zirə səfərindən əliboş dönür: ● "Komanda olduqca baxımlı və mobil futbol oynayır" ●

AFFA-dan "Turan Tovuz"a sərt cəza

Bölmə adı Premyer Liqa
Yayımlandı 25-02-2025, 09:58

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Sport1.az xəbər verir ki, bunu assosiasiyanın mətbuat xidməti açıqlayıb.

Komitə “Turan Tovuz”la bağlı məsələni müzakirə edərək müvafiq qərar verib.

Misli Premyer Liqasının XXIV turunun fevralın 23-də keçirilən “Şamaxı” – “Turan Tovuz” oyunu öncəsi qonaq komandanın rəsmi feysbuk səhifəsində və veb-saytında AFFA və PFL-in nüfuzuna xələl gətirən, həmçinin bu qurumların və onların bayrağı altında keçirilən yarışların şəffaflığını sual altına alan açıqlama paylaşılıb.

Klubun rəsmi səhifəsindən yayımlanan bu bəyanat cəmiyyət arasında AFFA və PFL-in fəaliyyəti ilə bağlı mənfi rəy formalaşdırmağa yönəlib, futbolun idarəedici qurumlarının qərarlarının obyektivliyinə dair şübhələr yaradıb.

AFFA İntizam Komitəsi məsələni araşdıraraq aşağıdakı məqamları müəyyən edib:

- AFFA və PFL-in nüfuzuna zərər vurulması: Klubun rəsmi açıqlaması AFFA və PFL-in idarəçilik və təşkilati fəaliyyətini gözdən salmağa yönələn, futbol ictimaiyyəti arasında bu qurumların qərarlarının qeyri-obyektiv olduğu təsəvvürü yaratmağa çalışıb.

- Oyunun təxirə salınması ilə bağlı tələbin əsaslı olmaması: AFFA və PFL-in müəyyən etdiyi qaydalara əsasən, oyunların təxirə salınması üçün yalnız meydançanın oyuna yararsız olması və ya təhlükəsizlik baxımından ciddi risklər mövcud olduqda qərar verilə bilər. Hava şəraitinin dəyişkən olması, VAR sisteminin olmaması və ya canlı yayımın təmin edilməməsi oyunun keçirilməməsi üçün əsas hesab edilmir.

- AFFA tərəfindən klubun əvvəlcədən xəbərdar edilməsi: “Turan Tovuz” oyundan əvvəl verdiyi açıqlamadan sonra AFFA bu bəyanatın yolverilməz olduğunu bildirib, klubun məsələ ilə bağlı konkret sübutlar təqdim etməsinin vacibliyini vurğulayıb. Klub tərəfindən heç bir sübut təqdim edilmədiyi halda, bu cür açıqlamaların davam etdirilməsi İntizam Komitəsinin araşdırma aparmasını zəruri edib.

AFFA İntizam Komitəsi qeyd olunan halları nəzərə alaraq müvafiq cəzalar tətbiq edib:

AFFA və PFL-in işgüzar nüfuzuna xələl gəlməsinə gətirib çıxardan hərəkətlərə yol verdiyinə görə “Turan Tovuz” 20000 (iyirmi min) manat məbləğində cərimə edilib.

AFFA bir daha vurğulayır ki, bütün klublar oyunların keçirilməsi və təşkilinə dair qaydalara riayət etməli, ictimaiyyət arasında yanlış təsəvvür formalaşdıracaq və futbol idarəçiliyinin şəffaflığını sual altına alacaq əsassız iddialardan çəkinməlidirlər. Əks halda, bu kimi hallar gələcəkdə daha sərt intizam tədbirləri ilə nəticələnə bilər.

Qeyd edək, İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR