son dəqiqə SON DƏQİQƏ
Premyer Liqa klubunun futbolçusu əməliyyat olunub ● Sübhan Məmmədov Avropa çempionu olub ● “Kəpəz” millimizi məğlub edib ● Taekvondo üzrə ölkə birinciliyi və çempionatına yekun vurulub ● “Aznur” Çempionlar Liqasında mübarizəni dayandırıb ● Millimizin heyəti açıqlanıb ● AMADA oxatanlar üçün maarifləndirici seminar keçirib ● Türkdilli ölkələr şahmatın inkişafı üçün birgə layihələr həyata keçirəcək ● II Liqada 5-ci turun hakim təyinatları ● "Landau Lions"da yeni təyinat ● Millimiz Litvaya yollandı ● Çimərlik güləşində həlledici sınaq ● "Sumqayıt"dan növbəti transfer ● "Araz-Naxçıvan"ın yoxlama matçlarının tarixi müəyyənləşib ● ABŞ-li oyunçu Azərbaycan klubunda ● "Epizodları dəyərləndirə bilmiriksə, yəqin ki, ustalığımız çatmır" ● Premyer Liqa klublarının yay transferləri ● PFL-in prezidenti Elxan Səmədov İsgəndər Cavadovla görüş keçirib ● Azərbaycan paracüdoçuları Dünya Çempionatında iştirak edəcəklər ● Afrika Millətlər Kuboku: Qrup mərhələsinin oyunları başlayır ● Millətlər Liqası: Yığmamızın rəqibləri Litvada üz-üzə gələcək ● Azərbaycan millisi Avropa Çempionatında rekord vurub ● U-16 millimizin heyəti açıqlandı ● ÇL: "Birbaşa Bakı" qələbə qazandı, "Zirə" heç-heçə etdi, "Aznur" uduzdu ● "Qəbələ" yoxlama matçlarına çıxacaq ● "Sabah"dan növbəti təqdirəlayiq addım ● "Xalq olaraq emosionalıq və gücümüzü birlikdən alırıq" ● Günün oyunları: ●

Emin Mahmudov bu oyunu izləməyəcək

Bölmə adı Premyer Liqa
Yayımlandı 11-05-2025, 12:47

"Tovuz səfəri hər zaman çətin keçir. Onların standart vəziyyətləri təhlükəli olur. Bizə böyük problemlər yaratdılar və qol da vurdular. Çalışırdıq ki, daha çox top saxlayaq. Düzdür, top itkilərimiz də çox oldu".

Sport1.az xəbər verir ki, bunu “Neftçi”nin futbolçusu Emin Mahmudov Azərbaycan Premyer Liqasının XXXIV turunda səfərdə “Turan Tovuz”a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

33 yaşlı yarımmüdafiəçinin "Turan Tovuz"un cari mövsümdə "Neftçi"ni məğlub edə bilməməsinə münasibəti belə olub: "Bizim problemimiz böyükdür. Cari mövsüm uğursuz oldu. Bizi nəyə görə uda bilmədiklərini bilmirəm, amma çalışmalıyıq ki, daha da yaxşı olaq".

O, komandanın turnir cədvəlində iddiasının qalmaması səbəbindən oyunlara motivasiyasız çıxdığını etiraf edib: "Bu oyunda da motivasiyamızı itirmişdik. Növbəti matçlarda "Neftçi" adına layiqli oyun göstərməyə çalışmalıyıq".

Mahmudov "Neftçi"nin yüksək maliyyə ilə uğur qazana bilməməsinin sadə səbəbini açıqlayıb: "Pis oynadıq, yaxşı nəticələrimiz olmadı. Bu qədər".

Ətraflı

Keçmiş kapitan "Neftçi" ilə müqaviləsinin avtomatik bir illik artırılmasının klub rəhbərliyinin qərarından asılı olduğunu söyləyib: "Bu barədə klub qərar verməlidir. Artırılma avtomatikdir".

Mahmudov "Qarabağ" və "Sabah" arasında keçiriləcək Azərbaycan Kubokunun final oyununa baxmayacağını vurğulayıb: "Sabah"a yarımfinalda uduzduğumuz matçdan sonra final oyununa baxmayacağıma qərar verdim".

Azərbaycan milli komandasının kapitanı oyundan sonra formasını şəhid övladına verdiyini söyləyib: "Samir Abasov oyundan sonra köynəyimi istədi və azarkeşə verdi. O, bunu şəhid övladına təqdim etdi".

O, "flaqman"ın azarkeşləri ilə bağlı isə bunu deyib: "Daha yaxşı mövsüm və nəticələrlə onları sevindirməliyik. İnanıram ki, gələn mövsüm bundan daha yaxşı olacaq".

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR