son dəqiqə SON DƏQİQƏ
Triatlonçumuzdan Minskdə qızıl medal Dünya Çempionatında ilk rəqiblər müəyyənləşib Portuqaliya millisinin üzvü “Qalatasaray”a keçir? “Sumqayıt”da şok itki Kanoeçimiz Avropa çempionatının gümüş medalını qazandı Milli Mətbuat Gününə həsr olunmuş minifutbol turniri keçirilib Mahir Emreli Polşa Çempionatında ilk oyununa çıxıb Avropa Cüdo Ümidləri Turniri yekunlaşıb İdmançılarımız Avropa Çempionatında iştirak edəcəklər Milli komanda üzvləri üçün antidopinq seminarları keçirib Diomande üçün 100 milyonluq təklif Avropa Cüdo Ümidləri Turnirində 14 yaşlıların mübarizəsi başa çatdı "Heyətimizi kompleksləşdirməyə çalışırıq" "Xankəndi" "Karvan-Yevlax"dan ayrılan futbolçunu transfer etdi Millimiz İslandiyaya məğlub oldu İtaliya nəhəngi Fernandeşlə maraqlanır Nəriman Axundzadə oynamadı, komandası qələbə qazandı Federasiya və “Sülh naminə güləş” təşkilatı arasında memorandum imzalanıb Premyer Liqa klublarının yay transferləri "Sumqayıt" "Kəpəz"lə qarşılaşır AGİN-in 32 yaşı olur Günün oyunları: "Sabah"ın rəqibindən inamlı qələbə "Gənclərə özlərini göstərmək şansı yaratdıq" - "Qəbələ"nin baş məşqçisi “Bavariya”da iki ayrılıq Avropa Cüdo Ümidləri Turniri: İlk yarış günü başa çatıb Azərbaycan karateçiləri dünya çempionatında 4 medal qazandı Argentinalı futbolçu ölkəsinə qayıtdı

Prezident Kubokunun iştirakçıları

Bölmə adı Avarçəkmə
Yayımlandı 21-04-2025, 16:06

Gənclər və İdman Nazirliyi (GİN) ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı əsasında Ümumilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunan “Prezident Kuboku 2025” beynəlxalq reqatası keçiriləcək.

AKAF-dan Sport1.az-a verilən məlumata görə, aprelin 28-dən mayın 2-dək baş tutacaq yarışlarda Avropa, Asiya və Afrikadan 200-dən çox idmançı, 20-dən artıq ölkə – Azərbaycan, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Cənubi Afrika Respublikası, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistan iştirak edəcək.

Aprelin 28-də “Prezident Kuboku 2025” beynəlxalq reqatası çərçivəsində Qarabağda- Füzulidə yerləşən Köndələnçay su anbarında avarçəkənlərin nümunəvi çıxışları olacaq. Həmçinin Füzuliyə köç edən sakinlərə həvəskarlar üçün nəzərdə tutulan qayıqlarda peşəkar məşqçilərin nəzarəti ilə avar çəkmək imkanı yaradılacaq. Uşaq və yeniyetmələr üçün həvəsləndirici viktorinalar təşkil ediləcək.

Reqatanın rəsmi paradı və komandaların təqdimatı aprelin 29-da Mingəçevir şəhəri Heydər Əliyev prospektində keçiriləcək. 30 aprel tarixində Qarabağın daha bir dilbər guşəsi olan Suqovuşanda “Prezident Kuboku-2025” beynəlxalq reqatasının rəsmi açılış mərasimi və 200 metr məsafədə yarışlar baş tutacaq. Reqata 1-2 may tarixlərində Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Burada komandalar avarçəkmənin kayak, kanoe və akademik növündə müxtəlif məsafələrdə mübarizə aparacaqlar.

Mayın 2-də Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin qarşısında “Prezident Kuboku-2025” beynəlxalq reqatasının bağlanış mərasimi keçiriləcək. Bağlanış mərasimində əvvəlcə qaliblər mükafatlandırılacaq. Kayak-kanoe və akademik avarçəkmə üzrə kuboklar sahiblərinə təqdim ediləcək. Daha sonra bağlanış mərasimi bədii hissə ilə davam edəcək.

Qeyd edək ki, “Prezident Kuboku” reqatası ardıcıl üçüncü ildir Avropa Kanoe Assosiasiyasının (ECA) rəsmi təqvim planına daxil edilib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR