son dəqiqə SON DƏQİQƏ
Gəncədə qollu sülh “Şamaxı” 3 xalı 2 qolla qazandı “Milli Aviasiya Akademiyası”ndan yeni transfer Azərbaycan veteran cüdoçularından dünya çempionatında 4 medal Azər Məmmədov: "Sabah"la matçdan başqa bütün oyunlarda…” Filipe Kandido: “Futbolun inkişafını istəyiriksə…” Premyer Liqa: VI tura yekun vurulub Zaur İsmayılov: “Fasilədə çatışmayan cəhətlərimizi aradan qaldırmağa çalışacağıq“ Azər Bağırov: “Komanda sırf futbol oynamağa köklənib” Gimnastlarımızdan Dünya Çempionatında 2 medal Gəncədə heyətlər müəyyənləşib II Liqa: IV tura start verilib "Şamaxı"da ciddi itki Bakı çempionatında qaliblər bəlli oldu “Şamaxı” - “Araz-Naxçıvan”: II Liqa: IV turun təyinatları açıqlanıb Fiqurlu konkisürənlərimiz Türkiyədə çıxış ediblər Bakıda “Koreya Səfiri Kuboku” baş tutacaq Taekvondo üzrə ölkə çempionatı keçiriləcək Günün oyunları: Millimizin üzvü oynadı, komandası məğlub oldu 2 boksçumuz Avropa Çempionatının 1/4 finalında "Fikrimi yığmaya yönəltməliyəm" "Demək olar ki, Çempionlar Liqası "11-liy"ini meydana buraxmışdılar" "Komanda oyunu, mübarizə ruhu nümayiş etdirdik" "Sahib çıxdığımız titulu qorumaq və zirvədə yer almaq istəyirik" Premyer Liqa klublarının yay transferləri "Kəpəz"in İdarə Heyətinin sədri Anar Abdullayev veteranlarla görüşüb

Ağacan Abıyevə mükafat təqdim edildi

Bölmə adı Digər
Yayımlandı 7-03-2025, 15:11

Martın 7-də Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinin (İK) yeni tərkibdə növbəti iclası keçirilib.

Sport1.az xəbər verir ki, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin sədrliyi ilə keçirilən İcraiyyə Komitəsinin iclasında cari məsələlərin müzakirəsindən sonra Avropa Olimpiya Komitələri (AOK) tərəfindən Ağacan Abiyevə verilmiş mükafatın təltifetmə mərasimi keçirilib.

Azərbaycanın ictimai-siyasi və idman xadimi, professor, Əməkdar elm xadimi, Azərbaycan Milli Olimpiya Akademiyasının prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin fəxri baş katibi Ağacan Abiyevə AOK-un “Olimpiya çələngi” mükafatını MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə təqdim edib.

Ağacan Abiyev AOK-un mükafatına görə minnətdarlığını bildirərək deyib ki, Azərbaycanda idman və Olimpiya Hərəkatı yüksək səviyyədə inkişaf edib. O, əmin olduğunu bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində idman sahəsində qazanılan qələbələr bundan sonra da uğurla davam edəcəkdir.

İclasda idmançılardan Rövşən Hüseynov, Namiq Abdullayev, Zemfira Meftaxetdinova, Nazim Hüseynov, Fərid Mansurov, Faiq Qarayev, Alla Həsənova çıxış edərək, Ağacan Abiyevin Azərbaycan idmanındakı xidmətlərindən danışmış və mükafat alması münasibətilə onun təbrik ediblər.

Xatırladaq ki, “Şöhrət" və "Şərəf" ordenli mütəxəssis, bu mükafata Almaniyanın Frankfurt şəhərində keçirilən AOK-un 54-cü Baş Assambleyasında layiq görülüb. Baş Assambleyada mükafat Azərbaycan MOK-un baş katibi Azər Əliyevə təqdim edilmişdi.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR