son dəqiqə SON DƏQİQƏ
"Landau Lions"da yeni təyinat Millimiz Litvaya yollandı Çimərlik güləşində həlledici sınaq "Sumqayıt"dan növbəti transfer "Araz-Naxçıvan"ın yoxlama matçlarının tarixi müəyyənləşib ABŞ-li oyunçu Azərbaycan klubunda "Epizodları dəyərləndirə bilmiriksə, yəqin ki, ustalığımız çatmır" Premyer Liqa klublarının yay transferləri PFL-in prezidenti Elxan Səmədov İsgəndər Cavadovla görüş keçirib Azərbaycan paracüdoçuları Dünya Çempionatında iştirak edəcəklər Afrika Millətlər Kuboku: Qrup mərhələsinin oyunları başlayır Millətlər Liqası: Yığmamızın rəqibləri Litvada üz-üzə gələcək Azərbaycan millisi Avropa Çempionatında rekord vurub U-16 millimizin heyəti açıqlandı ÇL: "Birbaşa Bakı" qələbə qazandı, "Zirə" heç-heçə etdi, "Aznur" uduzdu "Qəbələ" yoxlama matçlarına çıxacaq "Sabah"dan növbəti təqdirəlayiq addım "Xalq olaraq emosionalıq və gücümüzü birlikdən alırıq" Günün oyunları: "Milli formanı geyinirsənsə, matçın statusunun fərqi yoxdur" "Neftçi" veteran futbolçu İsgəndər Cavadovu təbrik etdi Azərbaycanın voleybol klubu heyətinə legioner oyunçu cəlb etdi Avropa Çempionatı: İki boksçumuz finalda, 1-i bürünc medala yiyələnib Yığmamız “Kəpəz”lə qarşılaşacaq Millimizdən minimalhesablı qələbə Ayxan Abbasov: “Gənclərə yol açmaq lazımdır” “Azərbaycan D liqasında olmağa layiq deyil” Azərbaycan millisi Bakıda yoldaşlıq oyununa çıxıb

Azərbaycanlı hakimin adı Ginnesin Rekordlar Kitabında

Bölmə adı Şahmat
Yayımlandı 14-04-2025, 15:45

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənovun 85 illiyi münasibətilə tədbir keçirilib.

Sport1.az xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Şahmat Federasiyasının prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov, Beynəlxalq Şahmat Federasiyasının sabiq rəhbəri Kirsan İlyumjinov, Gürcüstan Şahmat Federasiyasının prezidenti Akakiy İaşvili, beşqat dünya çempionu, qadın şahmatının əfsanəsi Nona Qaprindaşvili, milli komandanın üzvü Şəhriyar Məmmədyarov və digərləri iştirak edib.

Mərasimdə yubilyar Faiq Həsənovun adının ən uzun müddətli hakim kimi Ginnesin Rekordlar Kitabına daxil edildiyi elan olunub. Çıxış edən “Guinness World Records”un rəsmisi Şeyda Subaşı təqdim olunan məlumatların yoxlanılaraq tələb edilən şərtlərə tam uyğun olduğunu söyləyib. Beləliklə Faiq Həsənov şahmat üzrə ən uzun müddətli kişi hakim kimi rəsmən təsdiqlənib. F.Həsənov 60 il 149 gün müxtəlif şahmat yarışlarında hakimlik etməklə dünyanın məşhur Ginnesin Rekordlar Kitabına düşüb. Bununla bağlı “Guinness World Records”un rəsmisi səbəbkara rəsmi sertifikatı təqdim edib.

Qeyd edək ki, tədbir iştirakçıları bu günlərdə 40 yaşı tamam olan üçqat Avropa çempionu, rapid üzrə dünya çempionu Şəhriyar Məmmədyarovu da təbrik edib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR