son dəqiqə SON DƏQİQƏ
Gəncədə qollu sülh “Şamaxı” 3 xalı 2 qolla qazandı “Milli Aviasiya Akademiyası”ndan yeni transfer Azərbaycan veteran cüdoçularından dünya çempionatında 4 medal Azər Məmmədov: "Sabah"la matçdan başqa bütün oyunlarda…” Filipe Kandido: “Futbolun inkişafını istəyiriksə…” Premyer Liqa: VI tura yekun vurulub Zaur İsmayılov: “Fasilədə çatışmayan cəhətlərimizi aradan qaldırmağa çalışacağıq“ Azər Bağırov: “Komanda sırf futbol oynamağa köklənib” Gimnastlarımızdan Dünya Çempionatında 2 medal Gəncədə heyətlər müəyyənləşib II Liqa: IV tura start verilib "Şamaxı"da ciddi itki Bakı çempionatında qaliblər bəlli oldu “Şamaxı” - “Araz-Naxçıvan”: II Liqa: IV turun təyinatları açıqlanıb Fiqurlu konkisürənlərimiz Türkiyədə çıxış ediblər Bakıda “Koreya Səfiri Kuboku” baş tutacaq Taekvondo üzrə ölkə çempionatı keçiriləcək Günün oyunları: Millimizin üzvü oynadı, komandası məğlub oldu 2 boksçumuz Avropa Çempionatının 1/4 finalında "Fikrimi yığmaya yönəltməliyəm" "Demək olar ki, Çempionlar Liqası "11-liy"ini meydana buraxmışdılar" "Komanda oyunu, mübarizə ruhu nümayiş etdirdik" "Sahib çıxdığımız titulu qorumaq və zirvədə yer almaq istəyirik" Premyer Liqa klublarının yay transferləri "Kəpəz"in İdarə Heyətinin sədri Anar Abdullayev veteranlarla görüşüb

AVF prezidenti yığma komandalarımızla görüşdü

Bölmə adı Voleybol
Yayımlandı 8-03-2025, 12:35

Bu gün Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov III MDB Oyunlarında mübarizə aparacaq qızlardan və oğlanlardan ibarət yığma komandalarımızla görüşüb.

Sport1.az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyadında təşkil olunan görüşdə AVF rəsmiləri, komandaların oyunçuları, məşqçilər heyəti və digər əməkdaşlar iştirak ediblər.

Çıxış edən Bağırov ilk olaraq qızlardan ibarət yığmamızın oyunçularını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. O bildirib ki, ölkə idmanı tarixində qadın idmançıların əvəzsiz xidmətləri var.

AVF prezidenti vurğulayıb ki, Azərbaycan voleybolunun Avropa və dünya miqyasında əldə etdiyi nailiyyətlərin əksəriyyəti də məhz qadın voleybolçularımızın adı ilə bağlıdır. AVF rəhbəri, həmçinin qadınlardan ibarət əsas millimizin voleybolçularını, ölkə çempionatında çıxış edən yerli və xarici qadın oyunçuları, veteran voleybolçularımızı və federasiyanın xanım əməkdaşlarını 8 mart münasibətilə təbrik edib.

Sonra ölkəmizdə keçiriləcək III MDB Oyunlarından danışan Şahin Bağırov belə mötəbər yarışda voleybolun da yer almasını bu idman növünün populyarlığının, ona marağın yüksək olmasının göstəricisi kimi dəyərləndirib. O, ölkəmizdə voleybolun böyük ənənələrinin olduğunu deyən federasiya rəhbəri hər iki komandamızın yarışda uğurlu çıxış edəcəyinə inamını ifadə edib.

Daha sonra komandaların hazırlıq prosesi ilə tanış olan AVF prezidenti hər iki komandada çıxış edən idmançıların valideynləri ilə də görüşüb. Federasiya prezidenti valideynlərə övladlarına dəstək olduqlarına görə təşəkkürünü bildirib və komandalarımıza uğurlar arzulayıb.

Qeyd edək ki, III MDB Oyunları 28 sentyabr - 8 oktyabr tarixlərində “2025-ci ildə Müstəqil Dövlətlər Birliyinin idman paytaxtı” olan Gəncə şəhərində, eləcə də Mingəçevir, Qəbələ, Şəki, Göygöl, Yevlax və Xankəndidə 23 idman növü üzrə keçiriləcək. Voleybol oyunları Gəncədə təşkil olunacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR