son dəqiqə SON DƏQİQƏ
Gəncədə qollu sülh “Şamaxı” 3 xalı 2 qolla qazandı “Milli Aviasiya Akademiyası”ndan yeni transfer Azərbaycan veteran cüdoçularından dünya çempionatında 4 medal Azər Məmmədov: "Sabah"la matçdan başqa bütün oyunlarda…” Filipe Kandido: “Futbolun inkişafını istəyiriksə…” Premyer Liqa: VI tura yekun vurulub Zaur İsmayılov: “Fasilədə çatışmayan cəhətlərimizi aradan qaldırmağa çalışacağıq“ Azər Bağırov: “Komanda sırf futbol oynamağa köklənib” Gimnastlarımızdan Dünya Çempionatında 2 medal Gəncədə heyətlər müəyyənləşib II Liqa: IV tura start verilib "Şamaxı"da ciddi itki Bakı çempionatında qaliblər bəlli oldu “Şamaxı” - “Araz-Naxçıvan”: II Liqa: IV turun təyinatları açıqlanıb Fiqurlu konkisürənlərimiz Türkiyədə çıxış ediblər Bakıda “Koreya Səfiri Kuboku” baş tutacaq Taekvondo üzrə ölkə çempionatı keçiriləcək Günün oyunları: Millimizin üzvü oynadı, komandası məğlub oldu 2 boksçumuz Avropa Çempionatının 1/4 finalında "Fikrimi yığmaya yönəltməliyəm" "Demək olar ki, Çempionlar Liqası "11-liy"ini meydana buraxmışdılar" "Komanda oyunu, mübarizə ruhu nümayiş etdirdik" "Sahib çıxdığımız titulu qorumaq və zirvədə yer almaq istəyirik" Premyer Liqa klublarının yay transferləri "Kəpəz"in İdarə Heyətinin sədri Anar Abdullayev veteranlarla görüşüb

Cüdo Federasiyası düşündüyüm kimi deyil

Bölmə adı Yazı
Yayımlandı 3-03-2025, 11:38

İş yerimi dəyişəndə beynimdə standart bir təsəvvür vardı: cüdo da digər idman növləri kimi ənənəvi idarəetmə sistemi olan bir təşkilat olacaq, iş mühiti klassik idman federasiyası çərçivəsində formalaşacaq.

Gözləntilərim sadə idi: idmançıların hazırlıq prosesi, yarışlar və gündəlik ofis işləri arasında keçən adi bir federasiya mühiti. Amma içəri addımı atdığım gündən bəri bu fikrim tamamilə dəyişdi.

İlk diqqətimi çəkən məqam buradakı şərait oldu. Cüdo Federasiyasında təkcə ofis avadanlıqları və idman zalları deyil, iş şəraitinin özü də müasir standartlara tam cavab verir. Əməkdaşlar üçün yaradılan mühit sıradan bir idarə sistemi deyil, hər kəsin inkişaf, özünü rahat hiss edəcəyi və potensialını tam şəkildə üzə çıxara biləcəyi bir yerdir. Burada əməkdaşlar üçün kurslar, ixtisasartırma proqramları təşkil olunur, hətta federasiya daxilində müxtəlif dil hazırlıqları belə keçirilir.

Daha maraqlısı isə odur ki, burada təkcə işin gedişatı deyil, insanın özü də ön plandadır. İşçilərin psixoloji sağlamlığına xüsusi diqqət ayrılır. Peşəkar psixoloq təkcə idmançılarla deyil, federasiya əməkdaşları ilə də işləyir. Bu, mənim üçün tamamilə yeni bir təcrübə idi. Adətən, idman federasiyalarında diqqət yalnız çempionların üzərində olur, amma burada hər kəsin özünü güclü hiss etməsi və peşəkar inkişafı üçün addımlar atılır. Bəzən idman federasiyalarını yalnız yarışlar, məşqlər və idmançılar üzərindən dəyərləndiririk. Amma Cüdo Federasiyasının iç dünyasını yaxından gördükcə başa düşdüm ki, buradakı əsas missiya təkcə çempionlar yetişdirmək deyil. Həm idmançılar, həm də federasiyada çalışan hər kəs üçün daha sağlam, daha peşəkar və daha modern bir iş mühiti qurmaq əsas prioritetlərdən biridir.

Əməkdaşlarla rəftar da fərqlidir. Sırf vəzifəsinə görə yox, insan olaraq dəyər görmək, fikirlərinə əhəmiyyət verildiyini hiss etmək iş mühitini tamamilə dəyişir. Burada ideyalar boğulmur, əksinə, təşviq edilir. İnsanlar bir-biri ilə açıq ünsiyyətdədir və hər kəsin töhfəsi qiymətləndirilir. Avropa iş mədəniyyətinin prinsiplərinə əsaslanan bu yanaşma, federasiyanı yalnız idmançılar üçün deyil, işçilər üçün də inkişaf mühiti halına gətirir.
Cüdo yalnız tatamidə mübarizə aparan idmançıların deyil, iş mühitində bir ailə kimi çalışan, bir-birini inkişaf etdirən insanların da həyat tərzinə çevrilir. Burada hər gün yeni bir şey öyrənir, yeni bir təcrübə qazanır və ən əsası, daim öz üzərində işləməyin əhəmiyyətini anlayırsan. Cüdo bir idman növü deyil, həm də bir inkişaf fəlsəfəsidir—təkcə tatamidə yox, həyatda da!

Burada anladığım əsas həqiqət budur: cüdo bir idman növü deyil. O, bir həyat tərzidir—mübarizəni, iradəni və daim öz üzərində işləməyi təlqin edən bir yol. Və bu yol təkcə idmançılar üçün yox, hamımız üçün keçərlidir.

Elvin Əhməd, Cüdo Federasiyasının rəqəmsal marketinq mütəxəssisi

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR