son dəqiqə SON DƏQİQƏ
"Turan Tovuz" - "Fənərbağça": Yoldaşlıq matçında anşlaq olacaq "Şəki" çempionatdan uzaqlaşdırıldı, onları əvəzləyəcək klub bəlli oldu "Orada əsas klub futboludur, milli komandaya böyük təzyiq yoxdur" Şahmat Olimpiadası: Yığma komandalarımız üçün növbəti sınaq Millimizin oyunlarının biletləri 3 manatdan satışa çıxarılıb "Araz-Naxçıvan" baş məşqçi postuna legioner çalışdırıcı gətirir "Avropaya qayıtmaq istəyirdim" Boksçularımızdan biri yarımfinala, digəri 1/4 finala adını yazdırıb "Neftçi" daha bir futbolçu ilə anlaşdı Cəlal Hüseynovun komandası növbəti qələbəsini qazanıb Premyer Liqa klublarının yay transferləri Çimərlik voleybolçularımız Avropa Çempionatında iştirak ediblər “Hypers” evdə məğlub oldu “Qaradağ Lökbatan”dan darmadağın Tahir Gözel: “Qarabağ” gələcək nəsillərə qalacaq bir mirasdır“ Cüdoçularımızdan daha 3 medal “Turan Tovuz” – “Fənərbağça” matçının başlama saatı bəlli oldu “Zəngəzur”dan inamlı qələbə “Kür-Araz” - “Difai” oyununda 8 qol 4 cüdoçumuz mundialda "Şamaxı"ya məğlub olmalı deyildik, amma uduzduq və çox məyusuq" II Liqa: Bu gün 4-cü turun oyunlarına yekun vurulub Millimiz "Qəbələ" ilə heç-heçə etdi Prezident U-15 Dünya Çempionatı ilə bağlı daha bir sərəncam imzaladı "Sumqayıt"ın baş məşqçisi bəlli olub "Neftçi"nin üzvü Benin millisində Monteneqrolu hücumçu "Neftçi"də Cavid Hüseynov və Zaur İsmayılov "Araz-Naxçıvan"dan getdi

AMADA bu tarixi "Ədalətli idman həftəsi" elan etdi

Bölmə adı Digər
Yayımlandı 5-04-2025, 15:06

Ümumdünya Antidopinq Agentliyi (WADA) 2025-ci il 11 aprel tarixini dünyada "Ədalətli İdman Günü" elan edib.

Sport1.az xəbər verir ki, təmiz idman dəyərlərinə həsr olunan "Ədalətli İdman Günü" dopinqə qarşı qlobal mübarizə haqqında idmançılar, idman ictimaiyyəti və digərləri üçün məlumatlandırma məqsədi daşıyır.

WADA-nın təşəbbüsünə qoşulan Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) də 2025-ci il 7 - 13 aprel tarixlərini ölkəmizdə Ədalətli idman həftəsi elan edib və idman ictimaiyyətini bu günlə bağlı məlumatlandırma işinə başlayır.

WADA hər il müxtəlif şəkildə qeyd olunan Ədalətli İdman Gününün bu il rəqəmsal platformalar vasitəsilə təbliğ edilməsi üçün çağırış edib. Ali antidopinq qurumu cari il əlamətdar günün “Ədalətli yarış səndən başlayır” şüarı altında keçirilməsini və bu mövzuda postların #PlayTrueDay həştəqi vasitəsilə paylaşılmasını təklif edir.

“Ədalətli idman həftəsi - 2025” ərzində AMADA-nın müxtəlif sosial media kanallarında bu günlə bağlı paylaşımların edilməsi nəzərdə tutulub. Buraya məlumatlandırıcı post və hekayələrin paylaşılması, idman ictimaiyyətinin tanınmış simalarının bu günlə bağlı fikirləri, eyni zamanda, Ədalətli İdman Günü ilə bağlı sorğulardan ibarət müsabiqələrin təşkili aiddir. İdmansevərlər bu müsabiqələrdə iştirak edərək həm maariflənə, həm də AMADA-dan dəyərli hədiyyələr qazana biləcəklər.

AMADA-nın İcraçı direktoru Təhminə Tağı-zadə “Ədalətli idman həftəsi – 2025” barədə danışarkən deyib: “İdman yalnız fiziki güc nümayişi deyil, eyni zamanda dürüstlük, zəhmət, əzm və ədalət prinsiplərinə əsaslanan bir həyat tərzidir. Ədalətli İdman Gününün qeyd olunması idmanda şəffaflıq prinsiplərini və idmançıların öz bacarıqlarına güvənməsinin vacibliyini bir daha ön plana çıxarır. İdmanda dopinqə yer yoxdur. O, yalnız qaydaları pozmaq deyil, həm də idmanın mahiyyətini, onun ruhunu məhv etmək deməkdir.

Hər bir idmançı bilməlidir ki, qazanılan uğur yalnız və yalnız öz zəhmətinin, intizamının və bacarığının nəticəsi olmalıdır. Dopinq vasitələri qısamüddətli üstünlük təmin edə bilər, lakin bu, idmançının karyerasını, sağlamlığını və nüfuzunu ciddi şəkildə zədələyir. Azərbaycanın idman tarixində əzmkar və dürüst mübarizə aparan idmançılarımızın adları qızıl hərflərlə yazılıb. Olimpiya və dünya çempionlarımız, beynəlxalq arenalarda bayrağımızı yüksəldən idmançılarımız əsl nümunədir. Biz bu ənənəni davam etdirməli, yeni nəsil idmançılara idmanda dürüstlüyün əsas dəyər olduğunu aşılamaq üçün daha çox çalışmalıyıq. Ədalətli və təmiz idman üçün hər birimiz məsuliyyət daşıyırıq. Gəlin, birlikdə idmanı daha ədalətli, daha mənalı və daha parlaq edək”.

WADA 2014-cü ildən bəri hər il aprel ayında Ədalətli İdman Günü keçirir. Aprel ayının fərqli tarixlərində qeyd olunan əlamətdar gün bu il 11 aprelə təsadüf edir. Artıq 11 ildir ki, Ədalətli İdman Günü xüsusi olaraq qeyd edilir.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR