"Barselona" 28-ci dəfə La Liqa çempionu oldu

Bölmə adı Futbol
Yayımlandı 16-05-2025, 09:00

İspaniya La Liqasında 36-cı turun oyunları keçirilib.

Sport1.az xəbər verir ki, səfərdə "Espanyol"un qonağı olan "Barselona" 0:2 hesabı ilə qazanaraq sona 2 tur qalmış ölkə çempionu adını qazanmağı bacarıb.

"Barselona" çempionluq sayına görə La Liqa tarixində ikinci yerdədir - lider "Real Madrid"dir (36 titul). Üçüncü yerdə isə 11 çempionluqla "Atletiko" qərarlaşıb.

İspaniya La Liqası

36-cı tur

"Espanyol" - "Barselona" 0:2

Qol: L.Yamal, 53, F. Lopez,90+5

Müəllif: Sport1.az