“Atletiko”dan gözlənilməz məğlubiyyət

Bölmə adı İspaniya
Yayımlandı 15-05-2025, 23:54

İspaniya La Liqasının 36-cı turu çərçivəsində “Osasuna” “Atletiko”nu qəbul edib.

Sport1.az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda hesabı 25-ci dəqiqədə Alexandro Katena açıb. 82-ci dəqiqədə paytaxt klubunun qapısına yol tapan Ante Budimir yekun nəticəni müəyyənləşdirib.

Qeyd edək ki, “Atletiko” 70 xalla turnir cədvəlinin 3-cü, “Osasuna” isə 48 xalla 9-cu pilləsində qərarlaşıb.

Müəllif: Sport1.az