son dəqiqə SON DƏQİQƏ
Millətlər Liqası: Türkiyə yığması Fransa ilə bacarmadı ● “Şahdağ Qusar”dan darmadağın ● Yığmamız “Kəpəz”lə qarşılaşıb ● Boksçularımızdan Sofiyada 5 medal ● Nəbi İsgəndərovdan Avropa Çempionatında gümüş medal ● “Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzaladı ● Rəşad Eyyubov: “Bizim məqsədimiz…” ● Yenidən “Qəbələ”də çıxış edəcək ● Millimiz Çexiya ilə bacarmadı ● Dünya Çempionatının yeni rəsmi tərəfdaşı ● Müstəqil klub rəhbərlərini futboldan soyudan AFFA ● “Sabah”ın Çempionlar Liqası oyunları üçün VIP paket satışda ● ASA ilə AGF arasında əməkdaşlıq memorandumu imzalanıb ● Azərbaycan U-21 - Çexiya U-21: ● ÇL: "Zirə" 1/4 finala yüksəldi ● "Birbaşa Bakı" ÇL ilə vidalaşdı ● Akrobatlarımız Dünya Çempionatının finalına vəsiqəni təmin etdilər ● "Xankəndi"də baş məşqçi ayrılığı ● Daha bir memorandum imzalandı ● "Landau Lions"da daha bir təyinat ● "Zirə"nin sabiq qapıçısı "Şəfa"da ● Tacikistanla matçda zədələnən Mahir Emrelinin son durumu açıqlanıb ● Premyer Liqa klublarının yay transferləri ● Şahmat hakimimiz mükafatlandırıldı ● "Sumqayıt"dan növbəti transfer ● Yığmamızın Litva seçməsi ilə görüşünün hakim təyinatları ● Fotoqraf "Turan Tovuz"un media komandası barədə bunları yazdı ● Asəf Çopurovun UFC-də debüt edəcəyi tarix və rəqibi açıqlanıb ●

Devid Bekhem klubdan 17 futbolçunu qovub

Bölmə adı Futbol
Yayımlandı 14-05-2025, 15:15

Sabiq futbolçu Devid Bekhem İngiltərənin səviyyəcə dördüncü divizionunda (İkinci Liqa) çıxış edən "Salford" klubunun tam sahibi olub.

Sport1.az xəbər verir ki, əvvəllər o, "Mançester Yunayted"dən keçmiş komanda yoldaşları Rayan Giqqs, Fil Nevill, Pol Skouls və Niki Batt ilə birgə klubda kiçik bir paya sahib idi, lakin indi Nevill ilə birlikdə "Salford"un yeganə səhmdarlarıdır.

Bu mövsüm sona qədər pley-offa vəsiqə uğrunda mübarizə aparan "Salford" 69 xalla yalnız səkkizinci yeri tutub. 4-7-ci pillələrdə qərarlaşan komandalar üçün daha üst diviziona yüksəlmək uğrunda mübarizə davam edəcək. İlk üç yeri tutan komandalar vaxtından əvvəl üçüncü diviziona (Birinci Liqa) çıxıblar.

"Salford"da yeni dövrü bir çox oyunçunun qovulması ilə başlayıb. Mövsümün yenicə başa çatmasına baxmayaraq, yeni rəhbərlik azarkeşlər tərəfindən çox sevilən klub əfsanəsi Metyu Landa da daxil olmaqla 17 futbolçunun müqaviləsinə xitam verib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR