son dəqiqə SON DƏQİQƏ

Azərbaycanın hokkey komandası üçüncü oldu

Bölmə adı Digər
Yayımlandı 13-05-2025, 12:52

Azərbaycanın buzüstü hokkeyçilərdən ibarət "Ocaq Sport" komandası Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş beynəlxalq "Galaxy Cup" turnirində çıxış edib.

Sport1.az xəbər verir ki, "Ocaq Sport" 6 komanda arasında 3-cü yeri tutub.

Qapıçı İlkin Qəmbərov isə ən yaxşı oyunçu adına layiq görülüb.

Qeyd edək ki, bu, Azərbaycan komandasının qatıldığı ilk beynəlxalq turnir idi.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR