Azərbaycan çempionatları tarixində yüksək liqada 15000-ci qol vurulub.
Sport1.az xəbər verir ki, yubiley topu Misli Premyer Liqasının 9-cu turunun "Zirə" - "Sumqayıt" matçına təsadüf edib.
Qarşılaşmada vurulan ikinci qol tarixə 15000-ci kimi düşüb.
Bu topu meydan sahiblərinin futbolçusu Rikardo Martins rəqib qapısından keçirib.
Sözügedən duel turnirin tarixində ümumilikdə 6160-cı, baş tutan və texniki nəticə qeydə alınmayan 5881-ci oyun olub.
35 mövsümün ümumi orta məhsuldarlığı 2,55-ə bərabərdir.
Ölkə çempionatları tarixində ilk qolu Mehman Alışanov vurub.
O, 1992-ci il mayın 3-də keçirilən "Qarabağ" - "İnşaatçı" (Sabirabad) görüşündə (1:2) qonaqların qapısına yol tapıb.