son dəqiqə SON DƏQİQƏ
Qaşim Maqomedov gümüş medal ● Super Liqa: "Azərreyl" və "Murov Az Terminal" qələbə qazanıb ● "Zirə"nin legioner futbolçusu ölkə çempionatları tarixinə düşüb ● "Qəbələ" "Araz-Naxçıvan"ı, "Zirə" isə evdə "Sumqayıt"ı məğlub etdi ● Bakı şəhər birinciliyinin baş tutacağı tarix açıqlanıb: ● AÇ: Azərbaycanın 3 boksçusu finala yüksəlib, 2-si bürünc medal qazanıb ● Avropa Kuboku: "Kür" komandası ilk matçında məğlub olub ● "Araz-Naxçıvan" "Qəbələ"yə də uduzdu ● "Qolları rəqibə hədiyyə etdik" ● "Futbolçuların mənim fəlsəfəmi başa düşməsi üçün vaxt lazımdır" ● "Zirə" - "Sumqayıt": ● Avropa Çempionatı: Azərbaycanın U-20 millisi Polşa seçməsinə uduzub ● Cüdo üzrə kəmər imtahanı keçirilib ● Arsen Venger Hövsanda ● "Yamala meydanda rahatlıq verməyəcəyəm" ● "Araz-Naxçıvan" - "Qəbələ": ● Meydandan qovulan II Liqa klubunun futbolçusunun ● Qırmızı vərəqə alan klub rəsmisinin cəzalandırıldı: ● Hakimi təhqir edən bölgə klubunun rəhbərinin cəzası açıqlandı ● Quba rayon Olimpiya Kompleksinin direktoru həbs edildi: ● "Şəfa" - "Kəpəz" matçı kinoteatrda: ● Günün oyunları: ● Azərbaycan Basketbol Liqası: "Sabah" NTD ilə qarşılaşacaq ● Konfrans Liqası: Muradın və Zamiqin komandaları növbəti oyunlarına çıxıb ● "Yuventus" İtaliyada xal itirib, "Beşiktaş" evdə heç-heçə edib ● "Şamaxı"da yeni təyinat ● "Sabah" onları unutmadı ● "Etopaz" erməni klubundan pul qazanır ●

AÇ: Azərbaycanın 3 boksçusu finala yüksəlib, 2-si bürünc medal qazanıb

Bölmə adı Digər
Yayımlandı Bu gün, 20:09

Türkiyədə keçirilən U-15 Avropa Çempionatında Azərbaycanın üç boksçusu finala yüksəlib, ikisi bürünc medal qazanıb.

Sport1.az xəbər verir ki, yarışın yarımfinal mərhələsində millinin 3 boksçusu qələbə qazanaraq finala vəsiqə əldə edib.

Sənan Nəsibli (52 kq) Lazar Yovanoviçlə (Serbiya) döyüşüb.

Hər 3 raundu xeyrinə bitirən Qazax boks məktəbinin yetirməsi yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib.

O, finalda Brodi Dau (Şotlandiya) ilə üz-üzə gələcək.

Yusif Əli (57 kq) Kirilo Çumakovla (Ukrayna) gücünü yoxlayıb.

Boksçumuz rəqibini 4:1 (30:27, 30:27, 30:27, 30:27, 28:29) hesabı ilə məğlub edib.

O, həlledici görüşdə Yeqor Jiruxinlə (Rusiya) münasibətinə aydınlıq gətirəcək.

Sərxan Haxverdiyev (70 kq) də adını finala yazdırıb.

Milli üzvü bu dəfə Dieqo Mastrorillloya (İtaliya) gücünü göstərib - 5:0 (30:26, 30:27, 30:27, 30:26, 30:27).

Gəncə boks məktəbinin yetirməsi çempionluq döyüşündə Şeyn Fyuri (İngiltərə) ilə qüvvəsini sınayacaq.

Digər boksçulardan Ələkbər Məmmədli (44 kq) və Gülay Ocaqova (57 kq) U-15 Avropa çempionatını bürünc medalla başa vurublar.

Yarımfinal mərhələsinin ikinci günündə daha 5 təmsilçimiz rinqə çıxacaq.

Yarışın qalibləri isə oktyabrın 25-də bilinəcək.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR