Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sport1.az xəbər verir ki, toplantıda II Liqanın 8-ci turu çərçivəsində keçirilən "Şirvan" - "Ağstafa Gəncləri" matçında qeydə alınan qayda pozuntuları dəyərləndirilib.
Meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə aldığı üçün komanda 70 manat cərimələnib.
"Şirvan"ın baş məşqçisi Pərviz Bayramov hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyuna buraxılmayacaq.
Komanda bu səbəbdən 250 manat cərimə ödəməli olacaq.
Qonaq komanda matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə "Ağstafa Gəncləri" 150 manat cərimə edilib.