Abşeron Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə növbəti rəsmi imtahan keçirilib.
Sport1.az xəbər verir ki, imtahanda 379 cüdoçu iştirak edib.
İdmançılar yaş uyğunluğuna əsasən ağ-sarı, sarı, narıncı, yaşıl, göy və qəhvəyi kəmər dərəcələri üzrə bacarıqlarını nümayiş etdirib.
İmtahanı uğurla başa vuran idmançılara müvafiq kəmər və sertifikatlar təqdim olunub.