Ölkənin qanuni mərc şirkəti olan "Etopaz" öz xəttinə Ermənistan klubunun oyununu daxil edib.
Yerli operatorun belə bir matça kupon açması anlaşılan deyil.
İdman prinsiplərini, tolerantlığı kənara qoyaq! Ortada hamımızın bildiyi reallıqlar var.
Ermənistanda hansısa kontorun bizim "Sabah"ın, "Qarabağ"ın, "Neftçi"nin oyununa kupon açdığını təsəvvür etmək olarmı? Təbii ki, yox. Onlar belə məsələlərdə həmişə qəti mövqe tuturlar.
"Etopaz" isə məhz erməni klubunun oyunu üzərindən gəlir əldə etmək yolunu seçib. Şirkət üçün biznes maraqları önəmli ola bilər, amma cəmiyyətin həssas olduğu məqamlar var.
Pul qazanmağın hər şey demək olmadığını demək istəyirəm. Amma "Etopaz" göstərir ki, pul onlar üçün hər şeydən üstündür!