Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sport1.az xəbər verir ki, toplantıda II Liqanın 8-ci turu çərçivəsində keçirilən daha 2 görüşdə qeydə alınan qayda pozuntuları dəyərləndirilib.
"Kür-Araz" - "Marafon" oyununda meydan sahibləri matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə komanda 150 manat cərimələnib.
"Qaradağ Lökbatan" - "Dinamo" oyununun 70-ci dəqiqəsində qonaqların futbolçusu Valeh Seyidov təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan uzaqlaşdırılıb.
Nəticədə, o, 4 oyunluq cəzalandırılıb. Komandası 300 manat ziyana düşüb.