"Sabah" yeni stadionunda "Masazır tribunası"nın yer alacağını açıqlayıb.
Sport1.az xəbər verir ki, klub illərdir komandanın yanında olan, sevincini, kədərini, qələbələrini bölüşən Masazır sakinlərinin şərəfinə yeni "Sabah Arena"da xüsusi tribuna yaradacaq.
Klubun açıqlamasında qeyd olunub:
"İllərdir yanımızda olan, sevincimizi, kədərimizi və qələbələrimizi bizimlə bölüşən Masazır sakinlərini unutmuruq!
Yeni evimiz "Sabah Arena"da onların sevgisi və sədaqətinin rəmzi olaraq "Masazır tribunası" fəaliyyət göstərəcək. Stadionumuz dəyişsə də, dəyərlərimiz dəyişmir!"