son dəqiqə SON DƏQİQƏ
"Qəbələ" "Araz-Naxçıvan"ı məğlub etdi, "Sumqayıt"dan bərabərlik qolu ● AÇ: Azərbaycanın 3 boksçusu finala yüksəlib, 2-si bürünc medal qazanıb ● Avropa Kuboku: "Kür" komandası ilk matçında məğlub olub ● "Araz-Naxçıvan" "Qəbələ"yə də uduzdu ● "Qolları rəqibə hədiyyə etdik" ● "Futbolçuların mənim fəlsəfəmi başa düşməsi üçün vaxt lazımdır" ● "Zirə" - "Sumqayıt": ● Avropa Çempionatı: Azərbaycanın U-20 millisi Polşa seçməsinə uduzub ● Cüdo üzrə kəmər imtahanı keçirilib ● Arsen Venger Hövsanda ● "Yamala meydanda rahatlıq verməyəcəyəm" ● "Araz-Naxçıvan" - "Qəbələ": ● Meydandan qovulan II Liqa klubunun futbolçusunun ● Qırmızı vərəqə alan klub rəsmisinin cəzalandırıldı: ● Hakimi təhqir edən bölgə klubunun rəhbərinin cəzası açıqlandı ● Quba rayon Olimpiya Kompleksinin direktoru həbs edildi: ● "Şəfa" - "Kəpəz" matçı kinoteatrda: ● Günün oyunları: ● Azərbaycan Basketbol Liqası: "Sabah" NTD ilə qarşılaşacaq ● Kişi voleybolçular arasında Super Liqa bu gün başlayır ● Konfrans Liqası: Muradın və Zamiqin komandaları növbəti oyunlarına çıxıb ● "Yuventus" İtaliyada xal itirib, "Beşiktaş" evdə heç-heçə edib ● "Şamaxı"da yeni təyinat ● "Sabah" onları unutmadı ● "Etopaz" erməni klubundan pul qazanır ● Avropa Çempionatı: Fərhad Rəcəbli 12-ci dəfə qızıl medalın sahibi olub ● FİFA U-20 Dünya Çempionatı: Mundial bu tarixdə baş tutacaq ● Azərbaycanlı hakim qitə birinciliyinin matçlarına beynəlxalq təyinat alıb ●

"Futbolçuların mənim fəlsəfəmi başa düşməsi üçün vaxt lazımdır" - Beqiri

Bölmə adı Qəbələ
Yayımlandı Bu gün, 18:58

"Qəbələ" Misli Premyer Liqasının 9-cu turunda "Araz-Naxçıvan"ı məğlub edib - 2:1.

Sport1.az xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqçisi Yeton Bekiri matçdan sonra keçirilən mətbuat konfransında iştirak edib:

"Hər iki komanda üçün çətin oyun oldu. Qələbə çox vacib idi. Bu gün qalib gəldik. Dayanmaq olmaz. Qarşıdakı matçlarda da qələbə qazanmaq lazımdır. Zamanla daha yaxşı olacağıq".

- Komandanız daha çox müdafiəyə meyilli oynayırdı. Bunun səbəbi nədir?

- Hər oyunun öz taktikası olur. Vəziyyətə uyğun qərar vermək lazımdır. Bu gün ilk qolu biz vurduq. "Araz-Naxçıvan"ın keyfiyyətli oyunçuları var. Onlar bizi müdafiəyə çəkilməyə məcbur etdilər. Oyunda razı qaldığım və qalmadığım məqamlar var.

- Komandanı siz yığmamısız. Futbolçuların keyfiyyəti barədə fikriniz necədir?

- Bəli, oyunçuları mən seçməmişəm. Hamısı keyfiyyətli futbolçulardır. Biz sadəcə oyun üslubunu dəyişdik. Futbolçuların mənim fəlsəfəmi başa düşməsi üçün vaxt lazımdır.

- Bu futbolçuların potensialı sizin istədiyiniz oyunu oynamağa imkan verir?

- Hamısının potensialı yaxşıdır. Bəzi oyunçular komandaya gec qatıldıqları üçün formada deyillər. Günü-gündən daha yaxşı olacağıq.

- "Şkendiya"da çalışdığınız vaxtda "Qarabağ"a məğlub olmusuz. Növbəti turda onlarla qarşılaşacaqsız. Sizin üçün xüsusi oyun olacaq?

- Öncə onu deyim ki, ölkənizi çox sevirəm. Azərbaycan Premyer Liqasının səviyyəsi yüksəkdir. Burada güclü komandalar çoxdur. "Qarabağ" yaxşı komandadır, baş məşqçiləri uzun müddətdir orada çalışır. Ölkənin ən yaxşı mütəxəssislərindən sayılır. Amma onu deyim ki, "Qarabağ"ın ötənilki heyəti daha güclü idi.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR