Azərbaycanlı hakim Fəridə Lüftəliyeva UEFA tərəfindən təyinat alıb.
Sport1.az xəbər verir ki, o, Gürcüstanda keçiriləcək qadınlar arasında U-17 Avropa Çempionatının seçmə mərhələsinin B4 qrupunda iki oyunun baş hakimi olacaq.
Referi oktyabrın 25-də Uels - Lüksemburq, oktyabrın 31-də Lüksemburq - Gürcüstan qarşılaşmalarını idarə edəcək.
Fəridə Lüftəliyeva oktyabrın 28-də Uels - Gürcüstan oyununda dördüncü hakim olacaq.
Gülnurə Əkbərzadə isə hər üç oyunda köməkçi hakim funksiyasını yerinə yetirəcək.