FİFA-nın Qlobal Futbol İnkişafı üzrə rəhbəri Arsen Venger Hövsan Yarış Kompleksində olub.
Sport1.az xəbər verir ki , 77 yaşlı fransalı funksioner idman qurğusunda görülən işlərlə tanış olub.
U-15 Dünya Çempionatı və Festivalı oktyabrın 24-dən 30-na qədər Hövsan Yarış Kompleksində baş tutacaq.
Turnirdə FİFA-nın 211 üzvündən 189 ölkə iştirakını təsdiqləyib.
Seçmə mərhələ tələbinin olmaması sayəsində 78 ölkə tarixində ilk dəfə FİFA-nın DÇ səviyyəli turnirində debüt edəcək.
1000-ə yaxın qarşılaşmanın planlaşdırıldığı yarış 8×8 formatında və 20 dəqiqəlik iki hissə şəklində təşkil olunacaq.