Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sport1.az xəbər verir ki, toplantıda II Liqanın 8-ci turu çərçivəsində keçirilən "Hypers" - "Ağdaş" matçında qeydə alınan qayda pozuntuları dəyərləndirilib.
Qonaq komandanın rəhbəri Ruslan Hüseynov hakimləri təhqir etdiyinə görə 4 oyunluq cəzalandırılıb.
Komanda isə bu səbəbdən 1000 manat ziyana düşüb.
Bununla yanaşı, "Ağdaş"ın 6 futbolçusu sarı vərəqə aldığı üçün bölgə təmsilçisi 70 manat cərimələnib.
"Hypers"in oyunçusu Ramin Məhərrəmov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun komandasına kömək edə bilməyəcək.
Bərdə təmsilçisi bu səbəbdən 50 manat cərimə ödəməli olacaq.