"Barselona"nın oyunlarını izləyirəm və əsəbiləşirəm. Çünki Yamal nə edirsə etsin, yenə də təhlükə yaradır".
Sport1.az xəbər verir ki, bu sözləri Polşa mətbuatına açıqlamasında "Sabah"ın müdafiəçisi Timoteuş Puxaç deyib.
Futbolçu UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində "Barselona"ya qarşı keçirəcəkləri görüşdən söz açıb:
"Yamala meydanda rahatlıq verməyəcəyəm. Mümkün qədər yaxın oynamağa və bir santimetr belə boşluq verməməyə çalışacağam.
Oyun zamanı bütün diqqətimi ona yönəldəcəyəm. Daim Yamala yaxın oynayacağam".
"Sabah" - "Barselona" matçı noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək.