Bakıda cüdo üzrə böyüklər arasında Dünya Çempionatı keçirilir.
Sport1.az xəbər verir ki, idmançımız Hidayət Heydərov (73 kq) mundiala qələbə ilə start verib.
Cüdoçu 1/32 finalda Kosovodan olan Akil Qyakovanı məğlub edib.
Olimpiya çempionu 1/16 finalda finlandiyalı Valtteri Olinlə qarşılaşacaq.
Bu gün Xədicə Qədəşova (57 kq) və Rəşid Məmmədəliyev (73 kq) də tatamiyə çıxacaq.
Mundial oktyabrın 11-də başa çatacaq. Yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb.