"Sumqayıt" komandası qarşıdakı ən azı iki ev oyununda rəqiblərini "SOCAR Polymer Arena"da qəbul edəcək.
Sport1.az xəbər verir ki, buna Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun qazonunda aparılan renovasiya işlərinin davam etməsi səbəb olub.
Misli Premyer Liqasının 10-cu turunun "Sumqayıt" - "Şəfa" oyunundan öncə stadiona baxış keçiriləcək və vəziyyətə uyğun olaraq qərarlar qəbul olunacaq.