SON DƏQİQƏ
“Turan Tovuz”da rəhbərlik səviyyəsində dəyişiklik gündəmə gəlib.
Sport1.az-a daxil olan məlumata görə, klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev vəzifəsini tərk edə bilər.
Oktyabrın 7-də “Turan Tovuz”un İdarə Heyətinin iclası keçiriləcək. Həmin toplantıda onun rəhbər vəzifəsində qalıb-qalmayacağı bəlli olacaq.
Qeyd edək ki, Ehtiram Quliyev 2023-cü il iyulun 8-dən “Turan Tovuz”un İdarə Heyətinin sədridir.