FİBA Çempionlar Liqasındakı təmsilçimiz "Sabah" bu gün ilk oyununa çıxıb.
Sport1.az xəbər verir ki, komanda birinci görüşünü səfərdə "Ritas"a (Litva) qarşı keçirib.
Görüş rəqibin qələbəsi ilə yekunlaşıb - 82:73.
Eyni zamanda, "Sabah" növbəti turlarda "Nanter 92" (Fransa) və "Trabzonspor" (Türkiyə) ilə üz-üzə gələcək.
FİBA Çempionlar Liqası.
20:30. "Ritas" (Litva) - "Sabah" (Azərbaycan) 82:73
"Vilnüs Arena".