son dəqiqə SON DƏQİQƏ
“Zirə”nin futbolçularına antidopinq seminarı keçirilib ● MOK prezidenti Viktor Lukaşenko ilə görüşüb ● Belarusla idman sahəsində əməkdaşlıq müzakirə edilib ● UEFA Millətlər Liqası: Elçin Məsiyev İsveç millisinin matçını idarə edəcək ● İsmayıl Nəsirzadə növbəti mərhələdə ● "Sumqayıt" növbəti 2 ev matçını da bu stadionda keçirəcək ● Tofiq Əliyevdən iki qızıl medal ● Cüdo üzrə Dünya Çempionatı: Mundialın açılış mərasimi keçirilib ● Masallıda güləş üzrə turnir baş tutub ● AFFA rəsmisi "Kəpəz" və "Turan Tovuz"un məşqçiləri ilə görüşüb ● Karateçilərimiz 3 medal qazandılar ● “Turan Tovuz”da kritik iclas: Ehtiram Quliyev bu tarixdə gedə bilər ● Dünya Çempionatı: Cüdoçularımız bu gün fəxri kürsüdə yer ala bilmədilər ● Gültac Məmmədəliyeva da uduzdu ● İrina Zaretskadan qızıl medal ● Gültac Məmmədəliyeva 1/4 finalda ● Ruslan Paşayev DÇ ilə vidalaşdı ● Umudlu üçün beynəlxalq təyinat ● Daha bir cüdoçumuz 1/8 finalda ● Belçika səfərdə Fransa ilə üz-üzə, Türkiyə İtaliya ilə qarşılaşacaq ● Dünya Çempionatı: Nizami İmranov 1/16 finalda mübarizəni dayandırdı ● Dünya Çempionatı: Ruslan Paşayev 1/8 final mərhələsinə yüksəlib ● Günün oyunları: ● Boksçularımız növbəti mərhələdə ● Rusiya klubundan "Gəncə"yə ● "Dinamo" "Ağdaş"ı məğlub etdi ● "Hypers" - "Marafon" matçında bərabərlik qeydə alındı ● Cüdo üzrə Dünya Çempionatı: Bu gün yarışın 2-ci gününə start verilir ●

“Zirə”nin futbolçularına antidopinq seminarı keçirilib

Bölmə adı Zirə
Yayımlandı Bu gün, 19:49

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən "Zirə" futbol klubunun U-15, U-16, U-17 və U-19 komandaları üçün maarifləndirici seminar təşkil edilib.

Sport1.az xəbər verir ki, seminar zamanı iştirakçılara dopinq nəzarəti prosesi, idmançıların hüquq və vəzifələri, antidopinq qayda pozuntuları, eləcə də 2027-ci ildən qüvvəyə minəcək Ümumdünya Antidopinq Məcəlləsi və beynəlxalq standartlardakı əsas yeniliklər barədə ətraflı məlumat verilib.

Eyni zamanda dopinq istifadəsinin insan sağlamlığı üçün yaratdığı ciddi risklər, idmançı karyerasına vurduğu zərərlər, antidopinq qayda pozuntularının mümkün nəticələri və təmiz idmanın vacibliyi xüsusi diqqətə çatdırılıb.

Seminar interaktiv formatda keçirilib, gənc futbolçuların sualları cavablandırılıb və onların antidopinq sahəsində biliklərinin artırılmasına dəstək göstərilib.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR