Bakıda təşkil olunan cüdo üzrə Dünya Çempionatının açılış mərasimi baş tutub.
Sport1.az xəbər verir ki, tədbir Milli Gimnastika Arenasında keçirilib.
Açılış mərasimində Beynəlxalq Cüdo Federasiyasının (IJF) prezidenti Ladislau-Marius Vizer, Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev, İJF və ACF nümayəndələri, həmçinin dövlət rəsmiləri iştirak ediblər.