Azərbaycanlı futbol hakimi Elçin Məsiyev UEFA Millətlər Liqasının matçına təyinat alıb.
Sport1.az xəbər verir ki, FİFA referisi B Liqasının 4-cü qrupunun Rumıniya - İsveç duelində əsas söz sahibi olacaq.
Elşad Abdullayev və Pərvin Talıbov bu matçda yan xətt hakimləri kimi çalışacaqlar.
Dördüncü hakim funksiyasını Fərid Hacıyev icra edəcək.
VAR-da Yeroen Manşot (Niderland), AVAR-da Nicat İsmayıllı əyləşəcək.