SON DƏQİQƏ
AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlığı şöbəsinin rəhbəri Kifayət Mustafayeva və şöbənin əməkdaşları Meksikanın Azərbaycandakı səfirliyini ziyarət ediblər.
Sport1.az xəbər verir ki, səfər çərçivəsində Meksikanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Romero Kabalyero ilə rəsmi görüş keçirilib.
Görüşdə AFFA ilə Meksika tərəfi arasında əməkdaşlıq perspektivləri, birgə layihələrin icrası, sosial və ətraf mühit dayanıqlılığı sahəsində qarşılıqlı fəaliyyət imkanları müzakirə olunub. Tərəflər həmçinin gender bərabərliyinin təşviqi, birgə təşəbbüslərdə fəal iştirak və ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparıblar.
Görüşün sonunda AFFA nümayəndələri tərəfindən səfir Mariya Viktoriya Romero Kabalyeroya xatirə hədiyyəsi təqdim olunub və foto çəkdirilib.