Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa Çempionatının seçmə mərhələsində növbəti matçını keçirib.
Sport1.az xəbər verir ki,
Rəşad Eyubovun rəhbərlik etdiyi kollektiv öz meydanında Cəbəllütariqin müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gəlib.
Qarşılaşma "Bank Respublika Arena"da, saat 17:45-də start götürüb. Komandamız 3:0 hesablı qələbəyə sevinib.
Bununla da, təmsilçilərimiz tarixdə ilk dəfə seçmə mərhələdə 10 xal toplayıb. Bunadək rekord 9 xal idi.
U-21 Avropa Çempionatı. Seçmə mərhələ
Azərbaycan (U-21) - Cəbəllütariq (U-21) 3:0
Baş hakim: Yasmin Sabotiç (Lüksemburq)
"Bank Respublika Arena".