Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün son yoldaşlıq oyununu keçirəcək.
Sport1.az xəbər verir ki, komanda Yaponiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Qəbələ şəhər stadionunda baş tutacaq görüş saat 16:00-da başlanacaq.
Qarşılaşma "CBC Sport"un "YouTube" kanalı vasitəsilə canlı yayımlanacaq.