Bu gün "Neftçi" FİBA Avropa Kubokunun təsnifat mərhələsinin cavab matçına çıxacaq.
Sport1.az xəbər verir ki, "ağ-qaralar" səfərdə Estoniyanın "Parnu" komandası ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
"Neftçi" Bakıda baş tutan ilk görüşdə rəqibini 80:67 hesabı ilə məğlub edib.
Cütün qalibi FIBA Avropa Kubokunun əsas mərhələsinin H qrupunda "Oradya" (Rumıniya), "Fribur Olimpik" (İsveçrə), VEF (Latviya), "Mikonos" (Yunanıstan) və "Lokomotiv" (Plovdiv, Bolqarıstan) komandaları ilə oynayacaq.
FİBA Avropa Kuboku. Təsnifat mərhələsi
20:00 "Parnu" (Estoniya) - "Neftçi" (Azərbaycan) (ilk oyun - 67:80)