son dəqiqə SON DƏQİQƏ
Çimərlik güləşində tarixi uğur ● "Mənim üçün ən vacibi futbolçuların bütün çatışmazlıqlarını görmək idi" ● Azərbaycan millisinin Litva seçməsi ilə bərabərliyinin ● Niderland Serbiyanı, Danimarka Uelsi məğlub etdi ● "Uduzmamaq da önəmlidir" ● "Bu gün futbolçularımızın üzərində böyük məsuliyyət var idi" ● "Qəbələ" I Liqa klubu ilə heç-heçə etdi ● "Araz-Naxçıvan" "İmişli"yə uduzdu ● Millətlər Liqası: Azərbaycan yığması Litva ilə heç-heçə edib ● Azərbaycan milli komandasının üzvü bu klubda çıxış edəcək ● U-21 millimizin Şotlandiya ilə qarşılaşmasının hakim təyinatları ● Litva - Azərbaycan: ● Azərbaycanda oynamış futbolçu Gürcüstan millisini çalışdıracaq ● Litvada şəhidlərin xatirəsi yad edildi ● Ayxan Abbasov milli komandada 7 oyunçuya ehtiyac duymadı ● Azərbaycanda daha bir futbol klubunun adı dəyişdirildi ● "Biz bayrağımız üçün döyüşürük" ● "Neftçi" hazırlığı davam etdirir ● Mahir Məmmədov üçüncü dəfə FİDE-nin vitse-prezidenti seçildi ● NTD-də iki yeni müqavilə ● Günün oyunları: ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya İngiltərəni, Xorvatiya isə Çexiyanı məğlub edib ● “Azərbaycan Lixtenşteyndən daha güclü rəqib olacaq” - Yankauskas ● Cüdoçularımızdan Sarayevoda 4 medal ● Azərbaycan akrobatları dünya çempionu olublar ● “Neftçi” İdman Klubunun təşkilatçılığı ilə cüdo turniri keçirilib ● Azərbaycanda işləmiş məşqçi Gürcüstan millisində ●

"Bu gün futbolçularımızın üzərində böyük məsuliyyət var idi"

Bölmə adı Milli
Yayımlandı Dünən, 20:29

Azərbaycan yığması UEFA Millətlər Liqasının D qrupunun oyunu çərçivəsində səfərdə Litva yığması ilə qarşılaşıb - 1:1.
Sport1.az xəbər verir ki, baş məşqçi Ayxan Abbasov matçdandan sonra fikirlərini bölüşüb:
"Bu gün bizim üçün Anım Günüdür. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Vətən Müharibəsində iştirak edən, dövlətimizin suverenliyi uğrunda canından keçən hər bir şəhidimizə minnətdarıq.
Bu gün futbolçularımızın üzərində böyük məsuliyyət var idi. Onlara təşəkkür edirəm. İlk dəqiqədən sonadək mübarizə apardılar. Azarkeşlərimizə də təşəkkür edirəm, səfərdə olduğumuzu hiss etdirmədilər. Bu dəstək futbolçularımız üçün çox önəmlidir.
Litvadan gözlədiyimiz oyunu gördük. İlk dəqiqələrdən təzyiq göstərdilər. Ani səhvdən sonra qol buraxdıq. Penalti epizodu sual doğurur, çünki epizoddan əvvəl Emilin ayağına müdaxilə var idi. Təəssüf ki, VAR-dan qərar gəlmədi. Qol buraxmağımıza baxmayaraq, oyundan çəkinmədik.
Mahir Emrelinin qolu bizə ikiqat sevinc yaşatdı. Bundan sonra təşəbbüs tamamilə bizim tərəfimizdə idi. İkinci hissədə, xüsusilə 70-ci dəqiqəyədək oyuna nəzarət etdik.
Təəssüf ki, matçın sonunu istədiyimiz kimi tamamlaya bilmədik, bəzi epizodlarda tələsdik.
Səfərdən bir xalla qayıtmağımız sevindiricidir. Üç gündən sonra bizi ağır oyun gözləyir. Evdə əvvəlcə Lixtenşteynlə, daha sonra isə Litva ilə qarşılaşacağıq. Komanda olaraq qələbə qazanacağımıza inanırıq".

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR