Premyer Liqa təmsilçiləri "İmişli" və "Araz-Naxçıvan" yoxlama matçında üz-üzə gəliblər.
Sport1.az xəbər verir ki, görüş Muxtar Respublika təmsilçisinin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
"İmişli" növbəti yoxlama oyununu oktyabrın 3-də keçirəcək.
Komanda Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında "Şəfa" ilə qarşılaşacaq.