Atletika məşqçiləri üçün seminar keçirilib.
Sport1.az xəbər verir ki, Bolqarıstandan dəvət olunmuş mütəxəssis Daniela Stanimirova Dasheva tərəfindən aparılan təlimlər zamanı məşq prosesinin düzgün qurulması, illik və aylıq məşq planlarının hazırlanması, məşq metodikaları və müasir yanaşmalar ətrafında nəzəri və praktiki məlumatlar paylaşıldı.
Seminar sentyabrın 21-dən 25-nə qədər davam edib.