son dəqiqə SON DƏQİQƏ
Günün oyunları: Millimizin üzvü oynadı, komandası məğlub oldu 2 boksçumuz Avropa Çempionatının 1/4 finalında Premyer Liqa: VI tura yekun vurulacaq "Fikrimi yığmaya yönəltməliyəm" "Demək olar ki, Çempionlar Liqası "11-liy"ini meydana buraxmışdılar" "Komanda oyunu, mübarizə ruhu nümayiş etdirdik" "Sahib çıxdığımız titulu qorumaq və zirvədə yer almaq istəyirik" Premyer Liqa klublarının yay transferləri "Kəpəz"in İdarə Heyətinin sədri Anar Abdullayev veteranlarla görüşüb "Sabah" yoluna itkisiz davam edir "Milli fasilədən maksimum yararlanmağa çalışacağıq" "Belə səviyyədə çıxış edirsənsə, elə bu cür ritmə də tab gətirməlisən" "Zirə" "Turan Tovuz"a, "İmişli" "Sabah"a uduzdu "Zirə" Tovuzdan əliboş dönür Boksçularımızdan 3 medal "Rəşad Sadıqov "Turan Tovuz"un epizodu ilə bağlı heç nə demədi?" "Son 6 il ərzində çempionatda ən çox səhv məhz "Zirə"yə qarşı olub" İsveçli qapıçı "Sumqayıt"da Pavol Şafranko bu kluba keçib "Sabah" - "İmişli": "Turan Tovuz" - "Zirə": "Fanatlar həmişə qələbə istəyirlər, amma unutmaq lazım deyil ki..." Ronaldo Souza yenidən "İmişli"də "Qəbələ"yə qayıdan Elvin Camalov: Cenk Sümer: "O, gecə-gündüz komandanın üzərində işləyir" Bölgədəki stadionun qapısı klubların üzünə bağlandı İsgəndər Cavadov Prezident İlham Əliyev tərəfindən təltif edilib

2 boksçumuz Avropa Çempionatının 1/4 finalında

Bölmə adı Döyüş
Yayımlandı Bu gün, 11:53

Bolqarıstanın paytaxtı Sofiyada boksçular arasında Avropa Çempionatı davam edir. 

Sport1.az xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycan millisinin 2 idmançısı rinqə çıxıb.

Amin Məmmədzadə (55 kq) 1/8 finalda Jirayr Sarkisyanla (Ermənistan) üz-üzə gəlib. Döyüş boksçumuzun 3:0 (29:27, 30:26, 28:28, 30:26, 28:28) hesablı qələbəsi ilə başa çatıb. O, növbəti görüşündə Billal Bennama (Fransa) ilə qarşılaşacaq. Döyüş sentyabrın 22-də olacaq.

Nəbi İsgəndərov (70 kq) çempionatda ikinci qələbəsini qazanıb. Dünya kubokunun mükafatçısı Fabian Tomkiçə (Xorvatiya) ikinci raundda tam üstünlüklə qalib gəlib. İsgəndərov sentyabrın 21-də 1/4 finalda Kalman Hankonu (Macarıstan) sınağa çəkəcək.

Qeyd edək ki, yarışın 4-cü günündə Azərbaycan millisinin 5 boksçusu gücünü yoxlayacaq.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR