"Sumqayıt" qapıçı transfer edib.
Sport1.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi Marko Yohansson ilə 2026/27 mövsümünün sonuna qədər qüvvədə olan müqavilə imzalayıb.
28 yaşlı "çərçivə qoruyucusu" buna qədər "Traktor"un (İran) formasını geyinib.
İsveçli qolkiper "Malmö" yetirməsidir.
O, karyerası ərzində "Hamburq", "Bohum" klublarında da çıxış edib.
Marko İsveçin U-15 - U-21 arası yaş qrupları üzrə millisində də oynayıb.