"Fanatlar həmişə qələbə istəyirlər, amma unutmaq lazım deyil ki..."
Bölmə adıKəpəz
YayımlandıDünən, 16:32
31
"Kəpəz"in kapitanı Əli Səmədov klubun rəsmi saytına açıqlama verib.
Sport1.az xəbər verir ki, Gəncə təmsilçisinin futbolçusu 2026/27 mövsümündə Misli Premyer Liqasında keçirdikləri matçlardan danışıb.
O, yarışın startını komandası üçün qənaətbəxş hesab edib:
"Hazırda turnir cədvəlinin altıncı pilləsində qərarlaşmışıq. Dörd oyunun ikisində qalib gəlmişik, digər ikisində isə uduzmuşuq. Bizim mükəmməl azarkeşlərimiz var. Onlar doğma stadionda rəqiblərimizi qorxuya salırlar. Bu ab-havada oynamaq hər qonaq komanda üçün asan deyil".
Səmədov "sarı-göylər"in azarkeşlərindən də söz açıb:
"Fanatlar həmişə qələbə istəyirlər, tələbləri ciddi olur. Amma unutmaq lazım deyil ki, bizim də heyətimizə uyğun müəyyən potensialımız var. Hər bir halda, doğma publika önündə bütün ev oyunlarımızı qələbə ilə başa vurmağa çalışırıq. Fürsətdən istifadə edib bizə dəstək göstərən azarkeşlərimizin hamısına təşəkkürümü çatdırıram".