II Liqa təmsilçisi "Marafon" və Region Liqasında mübarizə aparacaq "İnşaatçı" klubları Sabirabad şəhər stadionuna buraxılmırlar.
Sport1.az xəbər verir ki, stadion bir neçə il öncə Həmkarlar Konfederasiyasının nəzarətinə keçib.
Sözügedən qurum arenanı klubların istifadəsinə vermir. Onlardan icarə haqqı tələb edir.
Yerli sakinlər və futbol adamları stadionunun Həmkarlar Konfederasiyasının nəzdindən çıxarılmasını istəyirlər.