"Komanda oyunu, mübarizə ruhu nümayiş etdirdik" - AÇIQLAMA

Bölmə adı Sabah / Manşet
Yayımlandı Dünən, 09:57

"Hər şey planlaşdırdığımız kimi keçdi. Oyuna yaxşı hazırlaşmışdıq. Komanda oyunu, mübarizə ruhu nümayiş etdirdik və qələbə qazandıq".

Bu sözləri Sport1.az-a açıqlamasında "Sabah"ın futbolçusu Kristian Nvaçukvu deyib.

Yarımmüdafiəçi Misli Premyer Liqasının 6-cı turunun "İmişli" ilə matçından sonra (3:1) "Neftçi" və "Slaviya" (Praqa) ilə qarşılaşmalardan söz açdı:

"Düşünürəm ki, milli komandaların oyunları üçün yaranan fasilə oyunçuların dincəlməsi üçün fürsətdir. Bəzi oyunçular yığma komandalarda forma şansı qazanacaqlar. Fasilə bitdikdən sonra hər matça yenə ayrı-ayrı yanaşacaq və müsbət nəticələr qazanmağa çalışacağıq. İnanıram ki, qeyd etdiyiniz qarşılaşmalarda da sevinən tərəf biz olarıq".

Nigeriyalı "Sabah"a uyğunlaşma prosesi barədə bunları söylədi:

"Azərbaycan çox gözəl ölkədir. İşlərim qaydasında gedir. Çox gəzən insan deyiləm. Lakin avtomobilimlə yolda hərəkət edərkən Bakını seyr edirəm. Çox gözəl şəhərdir. Bəyənirəm".

Nvaçukvu, "Sabah" yenidən çempionatın qalibi ola bilərmi?" sualını belə cavablandırdı:

"Əlbəttə, mümkündür. Çünki 5 oyundan sonra yaxşı nəticə göstərmişik. Əgər belə davam etsək, ola bilər. Yolumuza davam etməli və qələbələr qazanmalıyıq".

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR