"Sabah"ın sabiq hücumçusu Pavol Şafrankonun yeni klubu müəyyənləşib.
Sport1.az xəbər verir ki, slovakiyalı forvard ölkəsinin "DAK-1904" klubu ilə anlaşıb.
31 yaşlı futbolçu 2025/26 mövsümündə "bayquşlar"ın formasını geyinib.
Bu müddətdə o, 55 oyuna çıxıb, 18 qol vurub və 3 məhsuldar ötürmə müəllifi olub.